30 
Noy
2018
15:35
40
185
8316
Virtual karabakh

Boşandığı arvadını öldürən şəxs: Namusuma toxundu

30 Noy, 2018
15:35
8316

Boşandığı arvadını öldürən şəxs: Namusuma toxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanası və arvadını qətlə yetirməkdə təqsirləndirilən Ramin İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. 

Oxu.Az xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

R.İsmayılov özünü elan olunmuş ittihamla təqsirli bildiyini deyib. 

O ifadə verərək, arvadı Günayla 2006-cı ildə rəsmən boşandığını deyib:

Mən oğlumla Ağdama getmişdim, atamın səhhətinə problem var idi. Sonra Bakıya qayıtdım, qaldığımız evə getdim. Günay anasının yanında Xəyyamla öpüşürdü. Mən tez oğlumu evdən çıxarıb başqa yerə aparıb qoydum, sonra evə qayıtdım. Dedim, bu nə hərəkətdir, edirsən, dedi ki, Xəyyam mənim sevgilimdir. Anası da dedi, qızımın şəxsi həyatıdır, özü bilər. Öyrəndim ki, artıq onların dini kəbini də var". 

R.İsmayılov deyib ki, həyat yoldaşının başqa adamla münasibətdə olduğunu öyrənib:

Günayla Xəyyamın cinsi əlaqədə olduğunu bildim. Həmin an özümdən çıxdım, sobanın içindən bıçağı götürdüm. Günay telefona tərəf qaçanda bıçaq qarnına batdı, anası da araya girəndə bıçaq boğazını kəsdi. Sonra nə etdiyimi xatırlamıram. Bir də özümə gəldim ki, “Avtovağzal”dan rayona gedirəm. Ağdama gedib atamgillə sağollaşdım, çay içdim. Sonra polislər gəldi, onlarla getdim. Oğluma görə peşmanam, gərək etməzdim. Amma mənim namusuma toxunmuşdu”.

Sonra şahid qismində mərhum G.İsgəndərovanın atası Hüseyn İsgəndərov ifadə verib. O deyib ki, kürəkənindən şikayət edib:

Qızım məktəbdə müəllim işləyirdi, 300 manatdan çox maaş alırdı. Bu da onun pulu ilə özünə bahalı telefonlar alırdı. Bizim yanımızda oturub başqa qızlarla danışırdı. Evdə yemək yeyirdik, bu gedib qapının ağzında telefonla oynayırdı. Deyirdik, gəl, çörək ye, cavab verirdi ki, qızlar imkan verir ki?! Bir dəfə də evimizə orta yaşlı bir qadın gəldi, Raminlə mübahisə edirdi ki, bəs mənə mesajda filan şey yazmışdın. Bu da həmin qadına deyirdi ki, sən də mənə 14 yaşın olduğunu demişdin.

Raminin bu əməllərinə görə günümüz 35-ci bölmədə keçirdi. 2006-c ildə də boşandılar, amma Ramin tez-tez əlində bıçaqla qızımın qabağını kəsib öldürəcəyini deyirdi”. 

Proses dekabrın 6-da davam etdiriləcək. 

Etibar Məmmədov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri