Dek
2018
16:30
167
17
4295
Virtual karabakh

Bakıda dostunu kürəyindən bıçaqlayan şəxs həbs edildi

3 Dek, 2018
16:30
4295

Bakıda dostunu kürəyindən bıçaqlayan şəxs həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəsimi Rayon Məhkəməsində Nemət Alcanovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb. 

Oxu.Az xəbər verir ki, məhkəmə verilən təqdimatı təmin edib. 

N.Alcanov barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.  

Qeyd edək ki, noyabrın 29-da saat 05:00 radələrində Nəsimi rayonu ərazisindən Ağcabədi rayon sakini Nüsrət Aslanov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş Nemət Alcanov saxlanılıb.

Etibar Məmmədov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri