Dek
2018
07:30
6
143
1372
Virtual karabakh

Azərbaycanlıya qarşı dələduzluq edən gürcü azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Djambulat Alakhverdovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, D.Alakhverdov barəsində iki il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. 

O, məhkəmənin iclas zalından azadlığa buraxılıb. 

İttihama görə, Gürcüstan vətəndaşı olan D.Alakhverdov azərbaycanlı biznesmen Elvin Musayevə qarşı dələduzluq edib.

Belə ki, o, E.Musayevin etibarından sui-istifadə edərək, Gürcüstandan ona lazer aparatı gətirəcəyi vədini verib. D.Alakhverdov bunun müqabilində zərərçəkmişdən 121 min manat pul alıb. Lakin sonradan o, verdiyi vədə əməl etməyib.

E.Musayevin şikayəti əsasında Azərbaycanda saxlanılan D.Alakhverdovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. 

Etibar Məmmədov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri