Dek
2018
16:27
10
65
2871
Virtual karabakh

Şahid: Şəmsdən narkotik almaq üçün telefonumu verdim

5 Dek, 2018
16:27
2871

Şahid: Şəmsdən narkotik almaq üçün telefonumu verdim

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Şəms Səmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ş.Səmədovanın qonşusu olmuş Mirzə Səfərov ifadə verib.

Əvvəllər psixotrop maddələr qəbul etdiyini etiraf edən M.Səfərov təqsirləndirilən şəxsdən heç vaxt narkotik almadığını qeyd edib. Onun sözlərinə görə, Ş.Səmədovaya müəyyən qədər borcu olub:

“10 manat pul lazım idi, Şəmsə dedim ki, mənə pul ver. O da əvvəlki borcumu ödədikdən sonra pul verəcəyini qeyd etdi. Buna görə öz telefonumu girov qoyaraq ondan 10 manat borc pul götürdüm. Yalnız bununla bağlı istintaqda ifadə vermişəm. Şəmsin narkotik maddə satdığından xəbərim olmayıb”. 

Şahidin məhkəmədəki ifadəsi ilə ibtidai istintaqa verdiyi ifadə arasında ziddiyyət olduğu üzə çıxıb. Buna görə hakim onun ifadəsini elan edib. 

M.Səfərov istintaqa ifadəsində qeyd edib ki, Ş.Səmədova ilə qonşu kimi normal münasibətləri olub, onu narkotik alverçisi kimi tanıyıb. Ayrı-ayrı vaxtlarda ondan bükümü 10 manata olmaqla, narkotik maddə olan “heroin” alıb. Martın 27-də yenə narkotik maddə almaq üçün Şəms Səmədovanın yaşadığı mənzilə gəlib. Ancaq cibində altı manat olduğu üçün Şəms ona narkotik satmaqdan imtina edib. Belə olan halda M. Səfərov borclu qalacağı dörd manat üçün telefonunu girov qoymağı təklif edib, Şəms də bununla razılaşıb. 

Məlum olub ki, Şəms Səmədova həbs edilərkən yaşadığı mənzilə baxış zamanı Mirzə Səfərova məxsus mobil telefon aşkar edilib. Buna görə istintaq oranı M. Səfərovu şahid qismində tanıyıb. 

M. Səfərov istintaqdakı ifadəsini qismən təsdiq edib. 

Sonra təqsirləndirilən Ş.Səmədova şahidin ifadəsinə etirazını bildirib:

“Qonşum olub, ona şahidə narkotik satmamışam. Mənə borcu olduğu üçün telefon verdi”. 

Məhkəmə prosesi dekabrın 19-da davam etdiriləcək. 

Etibar Məmmədov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri