Dek
2018
16:37
50
293
16435
Virtual karabakh

Sumqayıtda ər öz arvadını vəhşicəsinə qətlə yetirdi

5 Dek, 2018
16:37
16435

Sumqayıtda ər öz arvadını vəhşicəsinə qətlə yetirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda gənc qadının amansız qətlinin səbəbi qısqanclıq olduğu ehtimal edilir.

Oxu.Az bildirir ki, bu haqda məlumat “Sputnik Azərbaycan”a şəhər polis idarəsindən verilib.

Cinayət çərşənbə günü, dekabrın 5-də səhər saatlarında Sumqayıt şəhəri 11-ci mikrorayonda baş verib. 1992-ci il təvəllüdlü Ağayeva Aynur Ramiz qızına çoxlu sayda bıçaq zərbələri endirilib.

Patoloqoanatomlar qətlə yetirilmiş gənc qadının bədənində 40-a yaxın bıçaq yarası müəyyən ediblər ki, bunların da əksəriyyəti baş və boğaz hissələrinə endirilib.

İlkin məlumatlara görə, Ağayevanın əri Ağayev Yaqub Şirin oğlu qətldə şübhəli bilinərək saxlanılıb. İstintaqın ilk rəyinə əsasən, ər öz arvadını qısqanclıq zəminində qətlə yetirib.

Fakt üzrə Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi açılıb, istintaq işləri davam etdirilir.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri