7 
Dek
2018
11:33
109
21
3174
yuxarı
İnsan alverində ittiham edilən qadın məhkəmə qarşında
7 Dek, 2018
11:33
3174
109
21
İnsan alverində ittiham edilən qadın məhkəmə qarşında
Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirli bilinən Rəmziyyə Abbasovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Oxu.Az-ın xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib.
İttihama görə, Rəmziyyə Abbasova iki Azərbaycan vətəndaşı olan qadını Türkiyəyə aparıb və orada kişi müştərilərlə görüşdürüb, bunun müqabilində pul qazanıb.
Zərərçəkmişlərin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə etdiyi şikayətdən sonra Rəmziyyə Abbasovanın barəsində cinayət işi başlanıb.
Oxu.Az yeniləndi!
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək