10 
Dek
2018
09:56
4
173
5022
Virtual karabakh

Gədəbəy sakini Gəncədə qətlə yetirildi - YENİLƏNİB

10 Dek, 2018
09:56
5022

Gədəbəy sakini Gəncədə qətlə yetirildi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərində qətl törədən şəxs saxlanılıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Gədəbəy rayon sakini, 1987-ci il təvəllüdlü Elvin Vidadi oğlu Katiblini qətlə yetirməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, 1991-ci il təvəllüdlü Azər Akif oğlu Nağıyev polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, A.Nağıyev mübahisə zəminində E.Katibliyə çoxsaylı bıçaq zərbələri vuraraq onu ağır yaralayıb. E.Katibli ağır vəziyyətdə xəstəxanaya aparılsa da, kəskin qanaxmadan ölüb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

09:48

Gəncə şəhərində qətl hadisəsi törədilib.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, Gəncə şəhərində yaşayan, Gədəbəy rayon sakini, 1987-ci il təvəllüdlü Elvin Vidadi oğlu Katibli bıçaqlanmış vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

E.Katiblinin kim tərəfindən və hansı səbəbdən qətlə yetirildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri