10 
Dek
2018
16:49
104
11
3609
Virtual karabakh

Dələduzluqda təqsirləndirilən direktora cəza verildi - 11 İL

10 Dek, 2018
16:49
3609

Dələduzluqda təqsirləndirilən direktora cəza verildi - 11 İL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləmiş Tərtər rayon sakini, 1959-cu il təvəllüdlü Telman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  

Hökmə əsasən, T.Səlimov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, T.Səlimov 27 may 2005-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləyib.

O, bundan əvvəl də məhkum olunub. Bir müddət əvvəl Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə T.Səlimovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib.

Dələduzluqda təqsirləndirilən T.Səlimovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən eyni əmələ görə həbs edilib.

Etibar Məmmədov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri