12 
Dek
2018
17:34
74
36
3991
Virtual karabakh

Oğurluğa məruz qalan modelyer məhkəmədə ifadə verdi

12 Dek, 2018
17:34
3991

Oğurluğa məruz qalan modelyer məhkəmədə ifadə verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış modelyer Leyla Əhmədovaya qarşı cinayət törətməkdə təqsirləndirilən Nizami Ağayev, Azər LütfəliyevCeyhun Eyvazovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. 

Oxu.Az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda prokuror Sabir Abdinov ittiham aktını elan edib. 

İttihama münasibət bildirən təqsirləndirilən şəxslərin heç biri özlərini təqsirli bilməyiblər. 

Sonra zərərçəkmiş L.Əhmədova məhkəmədə ifadə verib. O deyib ki, təqsirləndirilən şəxs Nizami Ağayev makler kimi ona ev tapmaq istəyib:

“Dəfələrlə müxtəlif evlərə getmişik, baxmışam, bəyənmişəm. Nizami müəllimin nömrəsini yoldaşıma verdim, obyekti biz almaq istəyirdik. O, binanı dörd milyon manata satacağını deyirdi. Binada dörd mərtəbəni 24 min manata icarəyə götürdük”. 

Zərərçəkmiş ifadəsinin davamında bildirib ki, N.Ağayev icarəyə verdiyi yeri təmir etdirəcəyini desə də, sonradan sözünə əməl etməyib:

“Mən buranın təmirinə 1 milyon 100 min manat pul xərcləmişəm. Bu pulun 100 min dollarını bankdan kredit götürmüşdüm. Amma bir manat da gəlir əldə etməmişəm. Düşünürəm ki, əslində, Nizami Ağayevin əvvəlcədən fikri buranı mənə təmir elətdirib, ondan sonra əlimdən almaq olub. Əvvəlcə binanın üçüncü mərtəbəsini əlimdən aldılar.

Orada 15 yeni kondisioner quraşdırmışdıq. Onun hamısını onlara bağışladım. Müəyyən müddət keçəndən sonra binanın ikinci mərtəbəsini restoran kimi istifadə eləməyi nəzərdə tutmuşduq və orada buna uyğun olaraq təmir işləri aparmışdıq.

Bir gün gəlib baxanda restoranın mətbəx hissəsinin tamamilə dağıdıldığını gördük. Lakin yerə vurduğumuz bahalı parket və digər təmir normal vəziyyətdə qalmışdı. Oranı da Nizami Ağayev əlimizdən aldı”.

Etibar Məmmədov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri