14 
Dek
2018
13:01
9
338
7966
Virtual karabakh

Bakıda avtobus qadını vurub öldürdü - YENİLƏNİB

14 Dek, 2018
13:01
7966

Bakıda avtobus qadını vurub öldürdü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda avtobusun piyadanı vuraraq öldürməsi hadisəsi barədə yeni təfərrüat məlum olub.

Oxu.Az Report-a istinasən xəbər verir ki, hadisə metronun “Koroğlu”stansiyanın avtobus dayanacağında baş verib.

58 yaşlı Şükürov Bəhruz Əlibaba oğlunun idarə etdiyi 173 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus 1960-cı il təvəllüdlü Hürü Cəlal qızı Əliyevanı vurub. Yaralı 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, H.Əliyevanın həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, dünyasını dəyişən H.Əliyeva metronun “Koroğlu” stansiyasında xadimə işləyirmiş.

12:48

Bakıda marşrut avtobusu qadın piyadanı vuraraq öldürüb. 

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, dekabrın 13-də saat 18:00 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Bəhruz Şükürov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə paytaxt sakini Hürü Əliyevanı vurub.

Nəticədə, xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri