17 
Dek
2018
12:34
27
171
18906
Virtual karabakh

Fədayə Laçınla birlikdə həbs olunan avtoritet son söz dedi

17 Dek, 2018
12:34
18906

Fədayə Laçınla birlikdə həbs olunan avtoritet son söz dedi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Anar Əsgərov sözü olmadığını deyərək çıxışdan imtina edib.

İsrafil Soltanov özünü qismən təqsirli bildiyini deyib:

“Mən, əslində, nə baş verdiyini bura gələndən sonra bilmişəm. Sadəcə, Etibargil Biləcəridə gəlib mənim maşınıma miniblər. Mənim ikinci qrup əlil olmağımı, iki azyaşlı övladımın olmasını nəzərə almağınızı istəyirəm. Bilirəm, bu iş çox səs-küylüdür. Amma xahiş edirəm, səs-küyü yox, ədaləti əsas götürüb hökm çıxarasınız. Az da olsa, özümü günahkar bilirəm”.

Tərlan Zeynalov isə özünü cinayəti bilib gizlətməkdə təqsirli bilib:

“304-cü maddə ilə günahım yoxdur, mən adam qaçırmamışam. Etibar qaçıb mənim yanıma gəlib. Onu sonuncu dəfə 2015-ci ildə qardaşımın toyunda görmüşəm. Ondan sonra heç bir əlaqəm olmayıb. Qaçıb yanıma gəlib, pul istəyib, vermişəm. Onun həbsdə olduğunu bilirdim, amma niyə tutulduğunu bilmirdim”.

Əli Ağami isə son sözündə peşman olduğunu deyib:

“Günahım var, qaçmışam. Amma bu camaata görə peşmanam. Tək mən tutulsaydım, bəlkə də, peşman olmazdım. Sadəcə, burada oturan adamlara görə peşmanam”. 

Proses dekabrın 24-də davam etdiriləcək.

Etibar Məmmədov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri