17 
Dek
2018
17:17
29
184
16990
Virtual karabakh

Əri yanında yatmışdı, 150 manat istədim - MƏHKƏMƏ

17 Dek, 2018
17:17
16990

Əri yanında yatmışdı, 150 manat istədim - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 2000-ci il təvəllüdlü Cavid Əhmədovun məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az-ın xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. 

Dövlət ittihamçısı çıxışında C. Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Məhkəmə iclası dekabrın 27-də davam etdiriləcək. 

İttihama görə, C.Əhmədov sərxoş vəziyyətdə Qaradağ rayonu, Ələt qəsəbəsində yaşayan Nicat Əhmədovun evinə girərək, yatan Elnarə Əhmədovanı xəncərlə hədələyib. O, daha sonra qadından 150 manat pul istəyib. Səs-küyə oyanan N.Əhmədov onu zərərsizləşdirib.

Təqsirləndirilən C.Əhmədov ifadəsində bildirib ki, həmin gün qonşusunun ad günündə iştirak edib və orada çoxlu miqdarda spirtli içki qəbul edib. 

O qeyd edib ki, məclisdən sərxoş vəziyyətdə evə gedib:

“Anam ilə tək qalırdım, həmin gün bekarçılıqdan ürəyim sıxılırdı, çox darıxırdım. Evdən suvenir xəncəri götürüb həmin evə getdim. Elə bilirdim ki, orada heç kim yaşamır.

Pəncərədə setkanı cırıb içəri girdim. Qadının yatdığını gördüm və onu oyadıb, 150 manat pul istədim. Mənə elə o qədər pul lazım idi. Amma vermədi, qışqırdı. Əri yanında yatmışdı. Bu zaman əri oyandı, xəncəri özüm ona təhvil verdim. Mənim əl-qolumu bağladı, sonra qonşular yığışdı. Polis çağırıb məni onlara təhvil verdilər”.

C.Əhmədov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunur.

Etibar Məmmədov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri