18 
Dek
2018
16:56
76
19
3212
Virtual karabakh

Xaçmazda iş adamını öldürən şəxslərin işi istintaqa qaytarıldı

18 Dek, 2018
16:56
3212

Xaçmazda iş adamını öldürən şəxslərin işi istintaqa qaytarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını öldürməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az-ın verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə qətlə yetirilən İlqar Məmmədovun həyat yoldaşının verdiyi vəsatətə baxılıb.

Mərhumun hüquqi varisi işin istintaqa qaytarılmasını, təqsirləndirilən şəxslərin cəzasının ağırlaşdırılmasını, bu işdə ayrı şəxslərin əlinin olub-olmamasının araşdırılmasını istəyib. Vəsatətdə qeyd edilib ki, dəymiş zərər bir milyon dollardır.

Məhkəmə vəsatəti təmin edib. İş yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılıb.

İttihama görə, adıçəkilən şəxslər 2016-cı il iyunun 16-da Xaçmaz rayonunda yaşayan iş adamı İlqar Məmmədovun evinə quldurluq niyyəti ilə girərək onu öldürüblər. V.Rüstəmov hadisədən dərhal sonra Rusiyaya, sonra isə Qazaxıstana qaçıb. Orada tutularaq Azərbaycana ekstradisiya edilib.

Etibar Məmmədov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri