21 
Dek
2018
22:49
19
168
6373
Virtual karabakh

Yatmışdım, gözümü açanda gördüm ki, hər tərəf tüstüdür - MƏHKƏMƏ

21 Dek, 2018
22:49
6373

Yatmışdım, gözümü açanda gördüm ki, hər tərəf tüstüdür - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, əməyin mühafizəsi mühəndisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Rəşad İmanov ifadə verib.

O deyib ki, üç dəfə mərkəzdə müalicə olunub:

“Sonuncu dəfə yanğından bir həftə əvvəl xəstəxanaya gəlmişdim. Palatada üç nəfər qalırdıq. Məhəmmədi oradan tanıyırdım. Yanğın olan günü tüstüdən başqa bir şey görməmişəm. Yatmışdım, gözümü açanda gördüm ki, hər tərəf tüstüdür. Özümüzü birtəhər çölə atdıq”. 

Zərərçəkmiş deyib ki, yanğının baş vermə səbəbini bilmir. O qeyd edib ki, təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbi yoxdur. 

Məhkəmə iclası dekabrın 25-dək təxirə salınıb. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri