24 
Dek
2018
16:44
130
34
21736
Virtual karabakh

Cahangir Hacıyevlə əlbir olanların adları məlum oldu - SİYAHI

24 Dek, 2018
16:44
21736

Cahangir Hacıyevlə əlbir olanların adları məlum oldu - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, Dünyamin Xəlilov başqa bu işdə əli olan daha 20 nəfərin şəxsin adı məlum olub.

Oxu.Az-ın xəbərinə görə, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qaffarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Mariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədiullayeva, İsmayıl Hidayət-zadə, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimova qarşı mənimsəmə ittihamı irəli sürülüb.

Təqsirləndirilən şəxslərdən İ.Hidayət-zadə C.Hacıyevin bacanağıdır.

O, “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru vəzifəsində işləyərkən “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yeddi il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə isə onun cəzasını beş ilə endirib.

Bundan başqa, “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri E.Cavad da daha əvvəl bu iş üzrə həbs edilmişdi. İstintaq dövründə Nərimanov Rayon Məhkəməsi onun barəsində seçilmiş həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. E.Cavad məhkəmə zalından azadlığa buraxılıb. Onlara qarşı yeni ittihamlar irəli sürülüb və iş yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri