27 
Dek
2018
18:58
288
43
10462
Virtual karabakh

Rüşvət alan gömrük mayoru məhkəmə qarşısında

27 Dek, 2018
18:58
10462

Rüşvət alan gömrük mayoru məhkəmə qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Gömrük Komitəsinin (DGK) rüşvətə görə gömrük orqanlarından xaric edilən əməkdaşı Ayaz Cəfərəliyevin cinayət işi üzrə məhkəmə başlayır. 

Oxu.Az-ın xəbərinə görə, A.Cəfərəliyevin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fikrət Qəribovun icraatında araşdırılacaq. 

Qeyd edək ki, DGK-nın yaydığı məlumata əsasən, Bakı Baş Gömrük İdarəsi “İpək yolu” gömrük postuna təhkim olunan Baş Gömrük Mühafizə Xidmətinin “Şimal” gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu “İpək yolu” gömrük postunun 6-cı anbarında xidmət aparan zaman qulluq mövqeyindən sui-istifadə edərək “S3 Safety” MMC-nin ünvanına daxil olan yük nəqliyyat vasitəsinə baxış keçirdiyi üçün həmin şirkətin nümayəndəsi Rəhimov Rəşad İbrahim oğlundan 100 manat məbləğində qeyri-qanuni pul vəsaiti istəyib, Rəhimov Rəşad İbrahim oğlu da ona qeyri-qanuni olaraq 100 manat məbləğində vəsaiti verib.

Xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Baş Gömrük Mühafizə Xidmətinin “Şimal” gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru A.Cəfərəliyev “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə əsasən, gömrük orqanlarından xaric edilib.

A.Cəfərəliyev və R.Rəhimov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri