Yan
2019
10:44
314
15
4214
Virtual karabakh

Qadınları Türkiyə və Dubayda satan şəxsin həbs müddəti uzadıldı

7 Yan, 2019
10:44
4214

Qadınları Türkiyə və Dubayda satan şəxsin həbs müddəti uzadıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nərimanov Rayon Məhkəməsində qadınları Türkiyədə və Dubayda cinsi istismara məruz qoymaqda təqsirləndirilən Züleyxa Həsənovanın həbs müddətinin artırılması barədə istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib. 

Z.Həsənovanın həbs müddəti daha üç ay müddətinə artırılıb.  

İttihama görə, Z.Həsənova Azərbaycan vətəndaşları olan qadınları Türkiyəyə və Dubay şəhərinə aparıb, orada onları cinsi istismara məruz qoyub.

Zərərçəkmiş qadınlar Azərbaycana qayıtdıqdan sonra Züleyxa Həsənova barəsində idarəyə şikayət ediblər.

Şikayət əsasında Züleyxa Həsənova barəsində araşdırma başlanıb. Onun Azərbaycan vətəndaşı olan qadınları cinsi istismara məruz qoyması müəyyən edilib.

Bu səbəbdən Züleyxa Həsənovanın barəsində 2017-ci ildən axtarış elan edilib.

İstintaq orqanı tərəfindən Züleyxa Həsənovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək) və 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri