Yan
2019
18:20
117
54
4794
Virtual karabakh

Allaha üsyan edən şəxsi öldürənlə bağlı məhkəməyə müraciət edildi

7 Yan, 2019
18:20
4794

Allaha üsyan edən şəxsi öldürənlə bağlı məhkəməyə müraciət edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə din üstündə qətl törətməkdə təqsirləndirilən Vüqar Həsənovun barəsində olan hökmdən prokuror tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayır. 

Oxu.Az-ın xəbərinə görə, şikayət hakim Hafiz Nəsibovun icraatında araşdırılacaq. 

Baxış iclası yanvarın 11-nə təyin edilib. 

Qeyd edək ki, hadisə 2017-ci ilin oktyabr ayında Bakının Xətai rayonu ərazisində baş verib. Paytaxt sakini, 31 yaşlı Vüqar Əbdülhəmid oğlu Həsənov Günəşli qəsəbəsi, General Mehmandarov küçəsi 20 ünvanında Elşən Məmmədovla mübahisə edib. Mübahisəyə səbəb isə mərhumun Allaha və peyğəmbərə üsyan etməsi olub.

Bakı Ağır Cinayətlər Məhkəməsi V.Həsənovun qətli özünümüdafiə məqsədi ilə törətdiyi qənaətinə gələrək, onun barəsində bəraət hökmü çıxarıb. O, Cinayət Məcəlləsinin qanunsuz silah saxlama maddəsi ilə günahkar bilinərək, doqquz ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri