Yan
2019
13:59
66
22
2471
Virtual karabakh

Xaçmazda iş adamını öldürən şəxslərə qarşı əlavə ittiham irəli sürülmədi

8 Yan, 2019
13:59
2471

Xaçmazda iş adamını öldürən şəxslərə qarşı əlavə ittiham irəli sürülmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda iş adamını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, cinayət işi Baş Prokurorluqda araşdırılaraq yenidən məhkəməyə göndərilib.

Prokurorluq təqsirləndirilən şəxslərin barəsində hər hansı əlavə ittiham irəli sürməyib. 

Sonra zərərçəkmişin hüquqi varisi prokurorluğun cinayət işini düzgün araşdırmadığını və cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını istəyib. 

Hakim isə deyib ki, hüquqi varis işin yenidən istintaqa qaytarılması üçün yazılı şəkildə müraciət etməlidir. 

Buna görə proses qeyri-müəyyən günədək təxirə salınıb.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri