Yan
2019
23:29
66
113
16836
Virtual karabakh

Bankdan milyonlarla manat kredit götürən iş adamı həbs olundu

8 Yan, 2019
23:29
16836

Bankdan milyonlarla manat kredit götürən iş adamı həbs olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

Oxu.Az-ın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Prosesdə “Beynəlxalq Bank”ın nümayəndəsi mülki iddia qaldırıb. O, banka vurulan ziyanın 15 milyon manat olduğunu və bu pulun üç milyon manatının istintaq dövründə ödənildiyini qeyd edib. 

Mülki iddia icraata götürülüb. Məhkəmə baxışı yanvarın 11-nə təyin edilib. 

İttihama görə, iş adamı R. Allahverdiyev “Azərbaycan Beynəlxalq Bankı”nın Moskva filialından 15 milyon manat kredit götürüb. Lakin sonradan krediti qaytara bilməyib. Buna görə onun barəsində həbs-qətimkan tədbiri seçilib. 

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri