10 
Yan
2019
13:19
33
121
9953
Virtual karabakh

Bakıda əməliyyat: Bir milyon rublu 8 min manata dəyişmək istədilər - FOTO/VİDEO

10 Yan, 2019
13:19
9953

Bakıda əməliyyat: Bir milyon rublu 8 min manata dəyişmək istədilər - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şirvan və Həsən adlı şəxslərin paytaxt ərazisində külli miqdarda saxta rus rublunu satmaq istəməsi barədə məlumat daxil olub.

Bu barədə Oxu.Az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxslər -  Bakı şəhər sakini Həsən Ələkbərov və Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Şirvan Musayev bir milyon saxta rus rublunu səkkiz min manata satmaq istəyən zaman saxlanılıblar. 

Həmin şəxslərin yaşadıqları ünvanlara baxış keçirilən zaman əlavə olaraq digər maddi sübutlar aşkar edilərək götürülüb.

Ekspertizaya təqdim edilən 500-lük banknotlardan ibarət ümumilikdə bir milyon saxta rubl yoxlanılan zaman müəyyən edilib ki, həmin pulların həqiqi əskinaslardan fərqlənməməsi üçün müdafiə nişanları və eskizləri xüsusi üsulla hazırlanıb. 

Bu səbəbdən ilk baxışdan həmin pulların saxta olmasını müəyyən etmək mümkün deyil.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. H.Ələkbərov və Ş.Musayev barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri