14 
Yan
2019
21:53
304
23
7494
Virtual karabakh

Bakıda maşınların şüşələrini sındıran şəxs tutuldu - VİDEO

14 Yan, 2019
21:53
7494

Bakıda maşınların şüşələrini sındıran şəxs tutuldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində avtomobillərdən oğurluq etməkdə təqsirli bilinən Gədəbəy rayon sakini Müşfiq Zeynalov saxlanılıb.

Oxu.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda araşdırma zamanı onun 2018-ci ilin noyabr-dekabr aylarında Xətai rayonunda “Hyundai” və BMW markalı iki avtomobilin şüşəsini sındırıraq nəqliyyat vasitələrinin salonundan pul, qiymətli əşyalar, ümumi dəyəri 1800 manat olan üç ədəd noutbuk oğurladığı bildirilir.

Saxlanılan şəxsin zərərçəkənlərə ümumilikdə 3500 manata yaxın maddi ziyan vurduğu məlum olub. M. Zeynalov ifadəsində oğurladığı noutbukları satdığını bildirib.

Qeyd olunan faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb. M. Zeynalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları M. Zeynalovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai RPİ-yə müraciət edə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri