15 
Yan
2019
11:51
13
70
5375
Virtual karabakh

DİN Cəlilabaddakı qətllə bağlı məlumat yayıb

15 Yan, 2019
11:51
5375

DİN Cəlilabaddakı qətllə bağlı məlumat yayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 13-də Cəlilabad şəhəri ərazisindən şəhər sakini Rəcəb Mirzəyevin küt alətlə döyülmə xarakterli xəsarətlə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Əziz Quliyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri