15 
Yan
2019
15:40
27
150
11907
Virtual karabakh

Müğənni Fədayə Laçın məhkəməyə müraciət etdi

15 Yan, 2019
15:40
11907

Müğənni Fədayə Laçın məhkəməyə müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən ilkin apellyasiya şikayəti verilib. 

Oxu.Az-ın xəbərinə görə, müğənni F.Laçın da daxil olmaqla, həmin şəxslərin əksəriyyəti barələrində şərti cəza çıxarılmasını istəyirlər. 

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclasın vaxtı yaxın günlərdə məlum olacaq. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Bəhruz Abdullayev 9 il, Əli Ağami 20 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. 

Müğənni Fədayə Laçın isə beş il müddətinə azadlıqdan mərhum olunub. 

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri