15 
Yan
2019
20:23
20
80
6639
Virtual karabakh

“Damdayatan Nizam”ın qızı məhkəmə qarşısında

15 Yan, 2019
20:23
6639

“Damdayatan Nizam”ın qızı məhkəmə qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satmaqda təqsirləndirilən Lamiyə Quliyeva Ceyhun İsmayılovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

Oxu.Az xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı yanvarın 22-nə təyin edilib.

Qeyd edək ki, ötən il Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Kubinka” adlanan yerdə külli miqdarda narkotik vasitələr və psixotrop maddələrlə 1986-cı il təvəllüdlü Quliyeva Lamiyə Nizam qızı saxlanılıb. O, marixuana, heroin, “kokos” (kokain), metamfetamin, “spays” qarışığı və digər narkotik vasitələrin ticarəti ilə məşğul olub.

Daha sonra C. İsmayılov da cinayət məsuliyyətinə cəlb edilib.

Xatırladaq ki, L. Quliyevanın atası “Damdayatan Nizam” ləqəbi ilə tanınan Nizam Quliyev, nənəsi Məsmə Quliyeva və bacısı Şəms Səmədova da “Kubinka” adlanan ərazidə vaxtilə narkotik ticarəti ilə məşğul olub. S. Səmədova hazırda həbsdədir. Onun cinayət işi ayrıca icraata ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri