16 
Yan
2019
10:56
16
117
3475
Virtual karabakh

Xaçmaz sakini həmyerlisini qətlə yetirib

16 Yan, 2019
10:56
3475

Xaçmaz sakini həmyerlisini qətlə yetirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Xaçmaz rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs “isti izlər”lə saxlanılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, yanvarın 16-da saat 01:00 radələrində Xaçmaz rayonunun Müşkür kəndi ərazisindəki kafelərin birinin qarşısında kənd sakini Tamerlan Həmidovun bıçaqla qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

Faktla əlaqədar cinayət işi başlanılıb.  

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Mürşüdoba kənd sakini Nazim Həsənov saxlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri