16 
Yan
2019
11:56
8
164
2335
Virtual karabakh

Taksi sürücüsünü bıçaqla hədələyib 200 manat aldı - MƏHKƏMƏ

16 Yan, 2019
11:56
2335

Taksi sürücüsünü bıçaqla hədələyib 200 manat aldı - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nəsimi Qələndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, N.Qələndərov 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə ötən il mayın 7-də Bakı şəhəri Binəqədi rayonunda baş verib. Abşeron rayon sakini Nuhbala İsmayılov Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə müraciət edərək bildirib ki, taksi fəaliyyəti ilə məşğul olarkən tanımadığı şəxs Mehdiabad qəsəbəsi ərazisində avtomobilinə əyləşib Binəqədi qəsəbəsinə gedəcəyini deyib. Həmin ünvana çatanda isə sərnişin bıçaqla sürücünü hədələyərək ondan 200 manat pul alıb. Hadisənin törədilməsində şəhər sakini, əvvəllər məhkum edilmiş Nəsimi Qələndərov şübhəli bilinib.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları həmin şəxsi saxlayıblar. N.Qələndərov istintaqa ifadəsində əməlini etiraf edib. 

Polis əməkdaşlarının araşdırmaları ilə aydın olub ki, N.Qələndərov elə həmin gün başqa bir taksi sürücüsünə qarşı da quldurluq edib. O, Qubad Xudayevin avtomobilinə minərək eyni ssenari ilə sürücünü bıçaqla hədələyib və ondan 90 manat pul alıb.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri