16 
Yan
2019
19:00
303
51
14739
Virtual karabakh

“Range Rover”lə qəza törədən polis serjantının məhkəməsi başladı

16 Yan, 2019
19:00
14739

“Range Rover”lə qəza törədən polis serjantının məhkəməsi başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

Oxu.Az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, X.Məmmədovun himayəsində iki azyaşlı uşaq var. 

Hazırlıq iclasında vəkil Əli Hüseynov da daxil olmaqla, digər vəkillər - Eldəniz Quliyev və Elnur Quliyev X.Məmmədovun günahsız olduğunu qeyd ediblər. 

Məhkəmə baxışı yanvarın 23-nə təyin edilib. 

Qeyd edək ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri