21 
Yan
2019
15:33
27
140
3017
Virtual karabakh

Astara sakininin evindən altı kiloqram narkotik tapıldı

21 Yan, 2019
15:33
3017

Astara sakininin evindən altı kiloqram narkotik tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astara rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində 5,6 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş rayonun Şahağacı kənd sakini Fikrət Cabbarov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı bir ədəd bükümdə 17 qram çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq F.Cabbarovun Astara rayonunun Şahağacı kəndində yerləşən yaşadığı evə keçirilən baxış zamanı üç ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 655 qram narkotik vasitə olan tiryək və bir bükümdə çəkisi 10 qram olan psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülüb. 

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi  başlanılıb, araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri