22 
Yan
2019
17:39
23
207
4935
Virtual karabakh

Mənimsəmədə təqsirləndirilən vəzifəli şəxs azadlığa buraxıldı

22 Yan, 2019
17:39
4935

Mənimsəmədə təqsirləndirilən vəzifəli şəxs azadlığa buraxıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Bayram Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, B.Əliyev barəsində şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb. 

Qeyd edək ki, B.Əliyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İttiham aktına əsasən, “Vedişiraz” MMC-nin məsul şəxsi B.Əliyev şirkətin 56 min 900 manat pulunu mənimsəyib. 

Belə ki, o, şirkətin anbarında olan mərmər daşlarını satıb, lakin pulu MMC rəhbərliyinə verməyib.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri