23 
Yan
2019
10:38
35
306
8193
Virtual karabakh

Ağcabədidə 14 qoyuna görə fermeri öldürdülər

23 Yan, 2019
10:38
8193

Ağcabədidə 14 qoyuna görə fermeri öldürdülər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağcabədi rayonunda gənc oğlan dayısı ilə birgə fermeri öldürüb.

Oxu.Az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, yanvarın 20-də rayonun Hindarx qəsəbə sakini, 1969-cu il təvəllüdlü İltifat Cənnətov polisə müraciət edərək qardaşı, 1956-cı il təvəllüdlü Əhliman Cənnətovun saat 04:00 radələrində özünə məxsus fermadan 15 baş qoyunla birlikdə getdiyini və geri qayıtmadığını bildirib.

Ə.Cənnətovun Hindarx qəsəbəsi ərazisində yerləşən fermasına, yaşayış üçün nəzərdə tutulmuş bir otaqdan ibarət tikiliyə və tövləyə baxış keçirilib. Bu zaman hər hansı cinayət izi aşkar olunmayıb.

Ağcabədi rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin adam oğurluğu və oğurluq maddələri ilə cinayət işi başlanılıb.

Yanvarın 22-də cinayət işi məcəllənin tamah məqsədilə adam öldürmə maddəsinə tövsif olunub.

İstintaq zamanı müəyyən edilib ki, rayonun Şərəfxanlı kənd sakini, 1988-ci il təvəllüdlü Mamedzadə Sərxan Saleh oğlu dayısı, 1980-cı il təvəllüdlü Mansur Qasımovla birlikdə qabaqcadan Ə.Cənnətovu öldürərək heyvanları ələ keçirməyi planlaşdırıblar.

Yanvarın 19-u axşam saat 20:00 radələrində M.Qasımova məxsus avtomobillə Ə.Cənnətovun fermasına gəliblər. Əhliman onlara yaxınlaşaraq salamlaşıb, bu zaman Mansur onu ağac parçası ilə vurub yerə yıxıb, daha sonra huşsuz vəziyyətdə olan kişini özü ilə gətirdiyi iplə boğaraq öldürüb.

Ə.Cənnətovun meyitini maşının baqajına qoyaraq fermadan 150 metr kənarda əkin sahəsində basdırıblar. Daha sonra fermadakı 14 baş qoyunu götürüb Ağcabədi mal-qara bazarına aparıb satıblar, əldə etdikləri pulu aralarında bölüblər.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri