23 
Yan
2019
11:22
80
23
2955
Virtual karabakh

Ərini ürəyindən bıçaqlayan qadın hakim qarşısında

23 Yan, 2019
11:22
2955

Ərini ürəyindən bıçaqlayan qadın hakim qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini bıçaqlamaqda təqsirləndirilən Bilqeys Quliyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

Oxu.Az xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmə baxışı yanvarın 28-nə təyin edilib. 

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi 4, mənzil 89-da qeydə alınıb. Həmin ünvanda yaşayan Bayram Quliyev döş qəfəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırma zamanı B.Quliyev xəsarəti evdə yıxılaraq aldığını deyib. Lakin araşdırma zamanı müəyyən edilib ki, ona həmin xəsarəti ailə münaqişəsi zəminində həyat yoldaşı, 1994-cü il təvəllüdlü B.Quliyeva yetirib. Qadın bıçağı ərinin ürəyindən sancıb.

Faktla bağlı Binəqədi rayon Polis idarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri