24 
Yan
2019
14:48
54
264
6883
Virtual karabakh

Bacısı qızına təcavüz edən dayı hakim qarşısında

24 Yan, 2019
14:48
6883

Bacısı qızına təcavüz edən dayı hakim qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Eldar Mürsəlovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. 

Oxu.Az xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

İttihama münasibət bildirən E.Mürsəlov özünü günahkar bilməyib. O, azyaşlıya təcavüz etmədiyini deyib. 

Proses yanvarın 31-də davam etdiriləcək. 

Qeyd edək ki, Eldar Mürsəlov azyaşlı olan bacısı qızı Nigar Məmmədovaya (ad və soyad şərtidir - red.) təcavüz edib.

Eldar Mürsəlov azyaşlı qızla bir neçə dəfə seksual xarakterli hərəkətlər edib. Azyaşlının ailə üzvlərinin hüquq-mühafizə orqanlarına şikayətindən sonra Eldar Mürsəlov həbs edilib.

İstintaq orqanı tərəfindən Eldar Mürsəlova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri