Fev
2019
14:44
220
30
4676
Virtual karabakh

Bakıda hava limanında narkotik qaçaqmalçısı tutuldu - VİDEO

3 Fev, 2019
14:44
4676

Bakıda hava limanında narkotik qaçaqmalçısı tutuldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hava Nəqliyyatında Polis İdarəsinin Narkotiklərlə Mübarizə Qrupunun  əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 1966-cı il təvəllüdlü İbrahim Ələsgərov Heydər Əliyev Beynəlxalq Hava Limanının yerli uçuşlar terminalının qarşısında  saxlanılıb.

Oxu.Az xəbər verir ki, İdarəyə gətirilən İ.Ələsgərovun üzərində şəxsi axtarış keçirilən zaman ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini və yaşadığı Naxçıvan Muxtar Respublikasına aparan zaman polislər tərəfindən saxlanıldığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri