Fev
2019
10:55
178
15
2079
Virtual karabakh

Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb - VİDEO

5 Fev, 2019
10:55
2079

Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 2-si saat 21:00 radələrində Binəqədi rayonu 6-cı mikrorayon ərazisində Bakı şəhər sakini Elnur Məmmədova məxsus evdən oğurluğa cəhd edilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Binəqədi rayon Mühafizə İdarəsi və 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini Elşən Əsgərov saxlanılıb.

Bölmədə onun üzərinə baxış zamanı oğurluqda istifadə etdiyi dəmir alətlər və 1,208 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. 

7-ci Polis Bölməsində E.Əsgərovun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun cari ilin yanvarın 25-dən 31-dək olan müddətdə Binəqədi rayonu ərazisində daha dörd mənzildən məişət əşyaları, üç ədəd velosiped və digər əşyalar oğurladığı məlum olub. 

Faktla bağlı araşdırma aparılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri