Fev
2019
16:33
68
93
4136
Virtual karabakh

Bakıda sevgilisini öldürən qadının məhkəməsi başladı

5 Fev, 2019
16:33
4136

Bakıda sevgilisini öldürən qadının məhkəməsi başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda özündən səkkiz yaş kiçik sevgilisini öldürməkdə təqsirləndirilən Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 12-nə təyin edilib. 

Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 25-də, gecə saatlarında Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Qrand” hoteldə baş verib. Həmin ərazidə Sabunçu rayon sakini G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyev ilə hotelin ikinci mərtəbəsindəki otağı kirayələyib. Hoteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb.

Bu zaman qadın bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. V.Atakişiyev boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.

Məlumata görə, G.Hüseynovanın V.Atakişiyevlə bir neçə il sevgi münasibətləri olub.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri