Fev
2019
08:03
104
56
3634
Virtual karabakh

İşlədiyi şirkətdən 288 min manat oğurladı - MƏHKƏMƏ

7 Fev, 2019
08:03
3634

İşlədiyi şirkətdən 288 min manat oğurladı - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Emin Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, E.Babayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, E.Babayev “İnteqral” MMC-də ekspeditor vəzifəsində çalışıb. O, işlədiyi dövrdə şirəktin 288 min manat pulunu mənimsəyib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb. 

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri