Fev
2019
09:13
14
169
3254
Virtual karabakh

Bakıda iki nəfər bıçaqlandı - VİDEO

Bu gecə paytaxtın Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsində bıçaqlanma hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, 1972-ci il təvəllüdlü Abbasov Rafiq Seyfulla oğlu “Mothercare” adlanan mağazanın yaxınlığında şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 

Analoji hadisə paytaxtın Səməd Vurğun bağında qeydə alınıb. 

1989-cu il təvəllüdlü Zeynalov Allahverən Eyvaz oğlu şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslər tərəfindən bıçqalanıb. A.Zeynalov 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti qənaətbəxşdir. 

Hər iki faktla bağlı araşdırma aparılır.

Elvin Nüsrətoğlu,  Elşad Mətləboğlu

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri