Fev
2019
12:43
6
307
2196
Virtual karabakh

Ağcabədidə 84 yaşlı qadını döyüb evini qarət etdilər

8 Fev, 2019
12:43
2196

Ağcabədidə 84 yaşlı qadını döyüb evini qarət etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağcabədi şəhərində fevralın 2-də 84 yaşlı qadının evinə basqın edən şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri R.Rüstəmov və İ.Mirzəyev saxlanılıb. 

Məlum olub ki, onlar qadının evinə basqın edərək, onu döyüb və oradan üç min manat pulunu aparıb. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanıb. İstintaq aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri