Fev
2019
16:15
105
211
4639
Virtual karabakh

Bakıda həkimləri soyan oğru saxlanıldı - FOTO/VİDEO

8 Fev, 2019
16:15
4639

Bakıda həkimləri soyan oğru saxlanıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nərimanov rayonunda keçirilən əməliyyat nəticəsində paytaxt ərazisində yerləşən özəl klinikalardan silsilə oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nərimanov rayonu Atatürk prospektində yerləşən klinikalardan birində çalışan paytaxt sakini Elgün Rəşidzadə çalışdığı müəssisədəki kabinetindən “İphone 6” və “İphone 7” markalı mobil telefonların oğurlanması barədə məlumat verib.

Cinayəti törətməkdə şübhəli bilinən Yasamal rayon sakini Sadıq Həsənov saxlanılıb. 

S.Həsənovun Nərimanov rayonunda yerləşən daha 3 klinikadan ayrı-ayrı şəxslərə məxsus  “Samsung Edge 7”, “İphone X” kimi 10 ədəd qiymətli mobil telefon, həmçinin pul kisələri və digər qiymətli əşyalar oğurladığı məlum olub.

Araşdırma zamanı müəyyən  olub ki, saxlanılan şəxs əvvəlcə klinikalara pasiyent kimi müraciət edib. 

Daha sonra o, həkim və tibbi personala məxsus otaqları gəzərək boş kabinetlərdə olan qiymətli əşyaları oğurlayıb. Saxlanılan şəxsin oğurladığı mobil telefonları dəyər-dəyməzinə satdığı məlum olub.

Qeyd edək ki, S.Həsənovun klinikalardan etdiyi oğurluqlar həmin obyektlərin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. 

Faktla bağlı  cinayət işi açılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri