11 
Fev
2019
18:23
189
20
2250
Virtual karabakh

Qaynını çəkiclə öldürənə ağır cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaynını öldürməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, E.Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, E.Məmmədov qaynı Mərkəz Quliyevi qətlə yetirib.

Məlumata görə, M.Quliyev işləmək üçün Rusiyaya gedib. Daha sonra Bakıda yeznəsi E.Məmmədovun adına özü üçün mənzil alıb. M.Quliyev hadisədən bir müddət əvvəl Rusiyadan Bakıya qayıdıb və E.Məmmədovdan evi onun adına keçirməsini istəyib.

Hər iki şəxs arasında mübahisə düşüb, iş məhkəməyə qədər gedib çıxıb. Məhkəmə binasına yaxınlaşanda E.Məmmədov əvvəldən özü ilə götürdüyü çəkiclə arxadan M.Quliyevin başına zərbə endirib. Sonuncu huşunu itirərək yerə yıxılıb. 

Sonra E.Məmmədov yerə yıxılan M.Quliyevə daha doqquz zərbə endirib. Bundan sonra yaxındakı adamların köməyi ilə M.Quliyev xəstəxanaya yerləşdirilib. Lakin o, bir neçə gün sonra vəfat edib.

Xatırladaq ki, bu il mayın 13-də qətlə yetirilmiş M.Quliyevin 17 yaşlı oğlu Pənah Quliyev qəbul imtahanından çıxandan sonra gecə saatlarında özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edib.

Etibar Məmmədov

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri