Keçmiş məhkum azyaşlı qızı hədələyərək, sırğalarını alıb
Keçmiş məhkum azyaşlı qızı hədələyərək, sırğalarını alıb
Bakı şəhər sakini Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edərək, fevralın 10-da Buzovna qəsəbəsi ərazisində naməlum şəxsin onun içərisində pulu və mobil telefonu olan çantasını açıq talama yolu ilə aldığını bildirib.
DİN-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Stupka polis əməkdaşları tərəfindən saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə saxlanılan şəxsin digər cinayət əməlinin də üstü açılıb. Onun Şüvəlan qəsəbə sakini olan bir azyaşlı qızı bıçaqla hədələyərək quldurluq yolu ilə qulağındakı qızıl sırğaları alması da müəyyən edilib.
Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.