13 
Fev
2019
12:35
18
127
5959
Virtual karabakh

Sahib İbrahimov işinin “rəngi dəyişir”: şikayətçilər geri addım atdı

13 Fev, 2019
12:35
5959

Sahib İbrahimov işinin “rəngi dəyişir”: şikayətçilər geri addım atdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az-ın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində İlqar Hüseynov ifadə verib. 

O bildirib ki, S.İbrahimovun şirkətindən 126 min manat dəyərində üç otaqlı mənzil alıb:

“Lakin sonradan həmin ev başqa iki nəfərə satılmışdı. Problem həll olundu, mənə mağaza verildi. Şikayətçi deyiləm”.

Digər zərərçəkmiş Nazim Sadıqov söyləyib ki, 2015-ci ildə Adil Hüseynovdan mənzil alıb, 2017-ci ildə isə müqavilə bağlayıb. O qeyd edib ki, mənzili aldıqdan bir qədər sonra həmin ev başqa şəxsə satılıb:

“Evi Ayxan adlı şəxsə Sahib İbrahimov satıb. Bizim iş məhkəməlik oldu, Ali Məhkəmə onun xeyrinə qərar çıxardı. Evimi tələb edirəm”.

Daha sonra digər zərərçəkmiş Heydər Məmmədov dindirilib. O, 2008-ci ildə S.İbrahimovdan 101 min 800 manata mənzil aldığını, sonra evin başqa şəxslərə satıldığını, hazırda problemin aradan qaldırıldığını bildirib. 

Məhkəmə prosesi fevralın 20-də davam etdiriləcək. 

Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.

Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.

Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə isə onlara iki milyon manat ziyan dəyib.

Məlumata görə, S.İbrahimov zərərçəkmişlərə dəymiş zərərin bir qismini ödəyib.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri