14 
Fev
2019
19:00
30
96
3882
Virtual karabakh

Yarım milyon mənimsəyən vəzifəli şəxslə bağlı yekun qərar

14 Fev, 2019
19:00
3882

Yarım milyon mənimsəyən vəzifəli şəxslə bağlı yekun qərar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində “Aqroinvest” Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İdarə Heyətinin sədri Əyyub Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, Ə.Əhmədovun barəsində iki il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. 

İttihama görə, Ə.Əhmədov Sahibkarlara Kömək Milli Fondunun 470 min manat pulunu mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

İstintaq dövründə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi. 

Qeyd edək ki, “Aqroinvest” Kredit İttifaqı Azərbaycan Mərkəzi Bankınin 2001-ci il tarixli daimi lisenziyasına əsasən yaradılıb. “Aqroinvest” Kredit İttifaqı MMC kimi 2001-ci il aprelin 6-da İmişli şəhərində təsis olunub.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri