16 
Fev
2019
12:18
149
46
5506
Virtual karabakh

İstanbuldan Bakıya gələn qadınların üstündən bu qədər qızıl çıxdı - FOTO

16 Fev, 2019
12:18
5506

İstanbuldan Bakıya gələn qadınların üstündən bu qədər qızıl çıxdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan Respublikası vətəndaşı qeyri-qanuni yolla ölkə ərazisinə qızıl məmulatları gətirmək istəyib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Gömrük nəzarətindən keçərkən şifahi sorğu-sual edilən həmin vətəndaşlar üzərlərində gömrük nəzarətinə bəyan olunası və gizlədilən heç bir əşyanın olmadığını bildiriblər.

Şəxsi yoxlama keçirilməzdən əvvəl xanım sərnişinlərə gömrük nəzarətindən gizlədilən və ya bəyan olunmayan qızıl-zinət əşyalarının təqdim olunması təklif edilib. Bundan sonra xanım sərnişinlərdən biri üzərində olan 2 ədəd qızıl qolbağını, 1 ədəd qızıl üzük-sırğa dəstini, digər xanım sərnişin isə qulaqlarındakı 1 cüt qızıl sırğanı, barmağındakı 1 ədəd qızıl üzüyü, sağ qolundakı 2 ədəd qızıl qolbağını, sol qolundakı 1 ədəd qızıl qolbağını, boynundakı 1 ədəd qızıl kulonlu boyunbağını çıxarıb təqdim ediblər və hamısını Türkiyədən təzə aldıqlarını bildiriblər.

Sonra onların hər ikisinin üzərində şəxsi yoxlama aparılıb. Nəticədə bir sərnişinin ayağındakı corabların içərisində gömrük nəzarətindən gizlətdiyi 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük-sırğa dəsti, başındakı saç sancağının içində 3 cüt qızıl sırğa, 3 ədəd qızıl üzük, 2 ədəd qızıl üzük-sırğa-kulon dəsti, 1 ədəd qızıl üzük-sırğa dəsti, 1 ədəd qızıl sırğa-boyunbağı dəsti, digər sərnişinin əl çantasında isə 1 ədəd qızıl sırğa-üzük dəsti və 1 ədəd qızıl kulon aşkarlanıb.

Aşkar olunan zərgərlik məmulatlarının ümumi çəkisinin 272 qram olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri