19 
Fev
2019
01:00
51
58
2774
Virtual karabakh

Azərbaycanda altı dəfə məhkum olunmuş şəxsə hökm oxundu

19 Fev, 2019
01:00
2774

Azərbaycanda altı dəfə məhkum olunmuş şəxsə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddə satışında və soyğunçuluqda təqsirləndirilən Vüqar Baxşəliyev və Zöhrab Əmirhüseynovun cinayət işi üzrə məhkəmə başa çatıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, V.Baxşəliyev 11 il, Z. Əmirhüseynov isə yeddi il müddətinə azadlıqdan məhrum ediliblər. 

İttihama görə, Aytən Sadıqova, Nərminə Vəliyeva, Suman Allahyarova və daha bir qadına qarşı soyğunçuluq ediblər. Belə ki, onlar qadınların mobil telefonunu ələ keçiriblər. 

Qeyd edək ki, V.Baxşəliyev indiyədək altı dəfə məhkumluq həyatı yaşayıb. 

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri