18 
Fev
2019
19:19
33
258
5871
Virtual karabakh

Dövlətə üç milyon manatdan çox ziyan vuran şəxs azadlığa çıxdı

18 Fev, 2019
19:19
5871

Dövlətə üç milyon manatdan çox ziyan vuran şəxs azadlığa çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün onun işinə xitam verilib. 

E.Xəlilov məhkəmənin iclas zalından azadlığa buraxılıb. 

İttiham görə, E.Xəlilov 1996-1999-cı illərdə hazırkı məzənnə ilə dövlətə üç milyon 381 min manat zərər vurub.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

E.Xəlilov uzun müddət beynəlxalq axtarışda olub. O, bu il avqustun 8-də Ukraynada həbs edilib və Azərbaycana ekstradisiya olunub.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri