20 
Fev
2019
07:24
144
10
3836
Virtual karabakh

“Azərsu”nun sabiq əməkdaşına hökm oxundu

20 Fev, 2019
07:24
3836

“Azərsu”nun sabiq əməkdaşına hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elgün İmranlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, E.İmranlı 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, “Azərsu” ACS-nin sabiq əməkdaşı olmuş E.İmranlı vətəndaşların etibarından sui-istifadə edərək onların ümumilikdə 206 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Belə ki, o, zərərçəkmiş Rauf İbrahimov, Həsən İbrahimov, Əbülfəz Atayev və Elçin Məmmədova tenderdə qalib gələcəyi vədi verib. lakin sonradan E.İmranlı verdiyi vədə əməl etməyib.

Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan E.İmranlı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri