20 
Fev
2019
11:50
33
176
4032
Virtual karabakh

İrandan Azərbaycana iki kiloqrama yaxın narkotik gətirmək istədi - FOTO

20 Fev, 2019
11:50
4032

İrandan Azərbaycana iki kiloqrama yaxın narkotik gətirmək istədi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yardımlı rayonu ərazisində dövlət sərhədindən narkotik vasitələrin qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınarkən Masallı rayon sakini 1994-cü il təvəllüdlü Nəzirli Cavad Fikrət oğlu saxlanılıb. 

Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb. 

Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən 1 kq 720 qr heroin, 2763 manat və üç ədəd mobil telefon aşkar olunaraq götürülüb. Həmin cinayətin digər iştirakçısı təqibdən yayınaraq meşə massivində gizlənməyə müvəffəq olub. Qeyd olunan şəxsin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.  

Bundan başqa, fevralın 18-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Lənkəran rayonunun Vel kəndinin ərazisində xidmət aparan sahil nəzarət bölməsinin əməkdaşları tərəfindən sahildə kolluqların arasında gizlədilmiş halda 1 kq 85 qr heroin aşkarlanaraq götürülüb. 

Qeyd olunan faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri