23 
Fev
2019
10:15
29
289
5731
Virtual karabakh

Bakıda kişi qadının üstünə “kerosin” töküb yandırdı

23 Fev, 2019
10:15
5731

Bakıda kişi qadının üstünə “kerosin” töküb yandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda tanış qadınla spirtli içki qəbul edən kişi, sonradan onun üstünə neft tökərək yandırıb.

Bu haqda “Sputnik-Azərbaycan” Xətai rayon polis idarəsinə istinadən məlumat yayıb.

İnsident fevralın 21-də Nobel prospektində 19:40 radələrində baş verib.

Cinayətkar 41 yaşlı Rübabə Nuriyevanın üzərinə ağ neft tökərək onu oda verib.

Xoşbəxtlikdən, qadına vaxtında ilkin yardım göstərilib və, o, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinə yerləşdirilib.

Zərərçəkənin baş, boyun nahiyəsi və əlləri yanıb. Qadının həyatına hər hansı təhlükənin olmadığı bildirilir.

Kişi törətdiyi əməldən sonra hadisə yerindən qaçsa da, fevralın 22-də Xətai rayonunun 37-ci polis bölməsinin əməkdaşları onu saxlaya bilib.

Saxlanılan şəxs zərərçəkənin tanışı olan 33 yaşlı Bakı sakini Tağıyev Qabil İsgəndər oğludur.

Məlum olub ki, cinayəti törətdiyi vaxt hər ikisi spirtli içkinin təsiri altında olub. Bundan savayı, Q.Tağıyev baş verənləri xatırlamır və günahını boynuna almır.

Faktla bağlı cinayət işi açılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri